İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Bu gün səhər saatlarında Quba rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın müxbirinin verdiyi məlumata görə, rayonun Zərdabi qəsəbə sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü Samur-Abşeron su kanalına atıb.
İlkin məlumata görə, qadının bu addımı atmasına son dərəcə imkansız yaşaması səbəb olub. Onun həyat yoldaşının ürək xəstəsi olduğu və bu səbəbdən heç bir yerdə işləmədiyi bildirilir.
İntihar edən qadının iki uşağı qalıb.