Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kor bağırsağın sirri çözüldü

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidKor bağırsağ üzərində əməliyyat
Kor bağırsağ üzərində əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Kor bağırsaq əməliyyatı keçirən insanlar təhlükəli xəstəliyə daha çox tutulurlar

BAKI, 21 may — Sputnik. Keyz Qərb Universitetinin və "Klivlend Universitet Klinikası" Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar Parkinson xəstəsi olan 62 milyon insanın xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, kor bağırsağın kəsilib çıxarılması proseduruna məruz qalan şəxslər arasında Parkinsona 3 dəfə çox rast gəlinib.

Ayaqlar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Soyuq və solğun ayaq ciddi xəstəliklərin əlamətidir

Alimlər kor bağırsağı kəsilmiş 488 min pasientə Parkinson xəstəliyi diaqnozu qoyublar. 4,7 min adam kor bağırsaq əməliyyatından sonra Parkinsona tutulduğunu deyib.

Tədqiqatçılar o qənaətə gəliblər ki, kor bağırsağı kəsilməyən şəxslərdə Parkinson xəstəliyinin əmələ gəlmə riski 0,29%-dir. Lakin kor bağırsağını kəsdirmiş şəxslərdə bu risk 0,92% artır.

Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət pozğunluğu ilə müşayiət olunan mərkəzi sinir sistemi xəstəliyidir. Bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Xarakterik xüsusiyyətləri hərəkətin ləngliyi, əsmə, refleks pozğunluğudur. Bu xəstəliyə insanlar əksər hallarda 57 yaşından sonra tutulur. Təhlükəli xəstəliklər qrupuna aiddir.

 

Xəbər lenti
0