CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik qatarı Bakıətrafı kəndlərə qayıdır: Marşrut bəllidir, qiymətlər yox

CC0 / jingoba / trainРельсы, фото из архива
Рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt və Abşeron sakinləri tezliklə elektrik qatarlarından istifadə edə biləcəklər

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Bu gün Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşrutu açılıb. Bunun üçün yeni qatarlar sifariş edilib, əlavə iki qatar da əvvəlcədən mövcud imiş. 

Yeni dəmiryolunun çəkilişi - Sputnik Azərbaycan
Bu qatar tunellərdən keçəcək: Qəbələyə dəmiryol xətti çəkilir

Əvvəllər bu məsafəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək. Qatarla getməyi sevənlər üçün Sabunçu elektrik qatarı əlçatan olacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova Sputnik Azərbaycan-a müsahibəsində Bakı şəhərətrafı dəmiryol xətti barədə danışıb.

- Paytaxtın dairəvi dəmir yol xətti nə vaxt istismara veriləcək?

- 107 km uzunluğu olan Bakı şəhərətrafı dəmiryol xəttində təmir işləri davam etdirilir. Təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir. Sumqayıt-Sabunçu istiqaməti üzrə işlər sürətləndirilmiş templə davam etdirilir. Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək. Dairəvi dəmiryol xəttinin istismara verilməsi, Bakının və ətraf qəsəbələrin nəqliyyat problemini qismən həll edəcək. Əhali elektrik qatarlarının xidmətindən komfort və təhlükəsiz hərəkət üçün istifadə edə biləcək.

- Yenidənqurma işləri neçə stansiyanı əhatə edəcək?

- Ümumilikdə, Bakı şəhərətrafı dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq.

- Nə qədər müddətə qatarlar bütün marşrut boyu hərəkətə başlayacaq?

- Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir. Hazırda istismarda olan yolun Bakı-Biləcəri-Xırdalan-Sumqayıt hissəsi ilə sərnişin qatarı 40-43 dəqiqə ərzində hərəkət edir. Bakı-Sabunçu-Pirşağı-Sumqayıt hissəsi istismara veriləndən sonra qatarların yeni hərəkət qrafiki müəyyən ediləcək. 

Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Retro vaqonların qoşulduğu iki qatar müəyyən edilmiş qrafiklə xəttə çıxarılıb

- Elektrik qatarında neçə vaqon olacaq, onlarda neçə yer nəzərdə tutulub, gedişhaqqı və hərəkət cədvəli necə olacaq?

- Qatarların sayı, hərəkət cədvəli və qiymətlər barədə, hələlik informasiya yoxdur. Bu barədə informasiya olanda, ictimaiyyət KİV vasitəsilə məlumatlandırılacaq.

2018-ci ilin martın 7-də Prezident İlham Əliyev "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması nəzərdə tutulub.

Xəbər lenti
0