Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert dərsliklər barədə: strateji plan hazırlanmalıdır

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, bizim dərsliklərin yükünün ağır olması lazım olan biliklərin dəqiq müəyyənləşdirilməməsi ilə bağlıdır
Məlahət Mürşüdlü: “Şagirdlərə lazım olan bilik və bacarıqlar aşılanmalıdır”

Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, dərsliklərin çəkisinin ağır olması yaşadığımız yüzillikdəki informasiya bolluğu ilə əlaqəlidir:

“Hər bir hadisəni, tarixi faktı dərsliklərə yerləşdirmək olmaz. Şagirdlərə lazım olan bilik və bacarıqlar aşılanmalıdır. Bizim dərsliklərin yükünün ağır olması həm də lazım olan biliklərin dəqiq müəyyənləşdirilməməsi ilə bağlıdır. Düşünürəm ki, bu sahə ilə bağlı müştərək strateji plan hazırlanmalıdır. Ümumilkdə isə bu məsələ ilə bağlı səslənən fikirləri diletant hesab edirəm”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0