SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkdilli ölkələrin liderləri Bakıya yığışacaqlar

© AZƏRTACAstana-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti
Astana-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti - Sputnik Azərbaycan
Abunə olmaq
Təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib

BAKI, 21 may — Sputnik. Bu ilin oktyabrında Azərbaycanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti keçiriləcək. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının yeni seçilən baş katibi Bağdad Amrayevlə görüşdə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
SİYASƏT
Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”

O, eyni zamanda Özbəkistanı da bu sammitdə görmək istədiyini deyib.

Türkiyə prezidenti qeyd edib ki, Türkmənistan lideri Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq qismində dəvət olunacaq. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif etdiyini bildirib.

Onun sözlərinə görə, təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

Xəbər lenti
0