Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yoxlamalar qayıdır: Qanuna dəyişiklik ediləcək

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Naziliyi
Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyət aradan qaldırılır

BAKI, 21 may - Sputnik. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif edilən dəyişikliklə qanunun tətbiq dairəsi genişləndirilir. Belə ki, təklif edilən dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Mövcud qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Təklif edilən dəyişikliyə əsasən yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da bu siyahıya əlavə edilir.

Xəbər lenti
0