Ukrayna Prezidenti and içdi, vəd verdi və Ali Radanı buraxdı

© REUTERS / VALENTYN OGIRENKOИзбранный президент Украины Владимир Зеленский выступает во время церемонии инаугурации в зале парламента в Киеве, Украина
Избранный президент Украины Владимир Зеленский выступает во время церемонии инаугурации в зале парламента в Киеве, Украина - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Zelenski: "Bizim qəhrəmanlarımızın ölməməsi üçün mən hər şeyə hazıram və mən zəif qərarlar qəbul etməyəcəm"

BAKI, 20 may — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada and içərək öz səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir. 

Владимир Зеленский, украинский комический актер и кандидат на предстоящих президентских выборах, принимает участие в производственном процессе серии Слуга народа в Киеве, Украина - Sputnik Azərbaycan
Ukraynanın yeni seçilən prezidenti bütün müsəlman dünyasından üzr istədi

Zelenski əlini ölkə Konstitusiyası və "İncil"ə qoyaraq and içib. Andiçmə mərasimində çıxış edən Zelenski bəyan edib ki, onun ilk məqsədi Donbas regionunda atəşkəsin təmin olunmasıdır.

O, həmçinin Donbas regionunda sülhün əldə olunması üçün öz vəzifəsini də qurban verməyə hazır olduğunu bildirib: "Bizim qəhrəmanlarımızın ölməməsi üçün mən hər şeyə hazıram və mən zəif qərarlar qəbul etməyəcəm. Mən Donbas regionunda sülhün bərqərar olması üçün öz populyarlığımı, reytinqimi və lazım olsa, heç bir tərəddüd etmədən vəzifəmi də qurban verməyə hazıram".

Zelenski rəsmi Kiyevin öz torpaqlarını geri qaytaracağına cəhd edəcəyini də bəyan edib. O, Ali Radanı Ukrayna Milli Təhlükəsizik Xidmətinin rəhbəri Vasiliy Qritsakı, Baş prokuror Yuri Luçenkonu və müdafiə naziri Stepan Poltorakı istefaya göndərməyə çağırıb.

Ukrayna Prezidenti, eyni zamanda Ali Radadan deputat toxunulmazlığını ləğv etməyi və yeni Seçki Məcəlləsini qəbul etməyi istəyib: “Mən sizdən çox xahiş edirəm ki, "Deputat toxunulmazlığı" haqqında qanunu və Seçki Məcəlləsini qəbul edəsiniz. Xahiş edirəm, seçici siyahılarını açıq elan edəsiniz”.

O, çıxışında Ukrayna Ali Radasını da buraxdığını bildirib: “Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna!”.

Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək. Azərbaycanı isə mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.

Qeyd edək ki, Vladimir Zelenski Ukraynada keçirilən prezident seçkilərində seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı Prezident Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Xəbər lenti
0