BAKI, 20 may — Sputnik. Bursada şagirdlərinə təcavüz etdiyi iddia edilən məktəb direktoru 30 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Bursanın İnegöl qəsəbəsində məktəb direktoru İ.D. 2016-cı ildə bəzi valideynlərin şikayəti ilə jandarma tərəfindən saxlanılmışdı. Zorlama iddiası ilə ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılan müdir həbs edilərək, həbsxanaya göndərilmişdi.
2016-cı ildən bu günə qədər məhkəmə prosesi davam edən direktor 27 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ancaq dövlət ittihamçısı İ.D.-yə verilən cəzanın az olduğunu bildirərək, məhkəmənin qərarının ləğvini istəyib. Nəticədə Ağır Cinayətlər Məhkəməsində yenidən işinə baxılan direktor 30 il müddətinə azadlıqdan məhru edilib.