Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Millət vəkili: "İnsanları həyata qaytarmaq imkanımız olacaq"

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Rəşad Mahmudov: "Qonşu ölkələrin heç birində Azərbaycanda olduğu səviyyədə qaraciyər və böyrək transplantasiyası işi görülmür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov Sputnik Azərbaycan-a müsahibə verib. Müsahibəni təqdim edirik:

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Millət vəkili: İnsanları həyata qaytarmaq imkanımız olacaq - Sputnik Azərbaycan
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

— Rəşad müəllim, seçicilərinizlə görüşdə, əsasən, hansı məsələlər qaldırılır?

— Seçicilərimlə ayda ən azı 2 dəfə görüş keçirirəm. İstər bölgədə, istər Bakıda əlavə və təcili görüşlərimiz də olur. Seçicilər tərəfindən müxtəlif mövzularda müraciətlər edilir. Səhiyyə, sağlamlıq problemləri ilə bağlı müraciətlər daha çox olur. Səhiyyə problemləri ilə bağlı müraciətlərin sayını nəzərə alaraq, eyni zamanda humanitar aksiya adı altında tədbirlər keçiririk.

Bu yaxınlarda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan humanitar aksiya da keçirdik. Belə ki, seçilmiş olduğum Astara rayonunda 650-ə yaxın şəxs ürək-damar xəstəlikləri ilə mübarizə adı altında müayinələrdən keçib.

Seçicilər tərəfindən sosial məsələlərlə bağlı da müraciətlər olur. Ötən il və bu ilin əvvəlində sosial məsələlərlə bağlı müraciətlər bir az çox idi. Amma sosial sahədə aparılan islahatlar öz effektini verməkdədir. Qısa müddətdə bir çox problemlər dövlət başçısının ardıcıl fərman və sərəncamları ilə öz həllini tapıb. Artıq seçicilər tərəfindən daha fərqli, daha başqa məsələlərlə bağlı müraciətlər olur və bu məsələlərin həll edilməsi üçün əlimizdən gələni etməyə çalışırıq.

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Millət vəkili: İnsanları həyata qaytarmaq imkanımız olacaq - Sputnik Azərbaycan
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

— Azərbaycanda icbari tibbi sığortanın tətbiqini necə qiymətləndirirsiniz və bu sahədə hansı çətinliklər var?

— İcbari tibbi sığortanın tətbiqi hər bir şəxsin böyük səbirsizliklə, həvəslə gözlədiyi və hər bir Azərbaycan vətəndaşının həyatına bilavasitə təsir edə bilən vacib hadisələrdən biridir. Azərbaycanda icbari tibbi sığortanın tətbiqini çox yüksək qiymətləndirirəm. Bir səhiyyəçi kimi bunun ölkədə səhiyyənin inkişafına çox böyük töhfə verəcəyinə inanıram.

2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığortaya keçid çox ciddi addım olacaq və icra strukturlarının üzərinə böyük məsuliyyət düşür. Hər bir ölkədə yeni modelin həyata keçirilməsi ilk başda çətinlik yaradır və biz də buna hazır olmalıyıq. İcbari tibbi sığortanın əsas subyektləri xəstəxanalar və tibb personalıdır. İlkin mərhələdə tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması və bunun tətbiqi ilə bağlı treninqlərin keçirilməsi ən vacib məsələlərdən biridir. Çünki bunlar olmadan mübahisələrin həllini tapması qeyri-mümkün olacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar bu məsələlərin həlli istiqamətində işlər aparır. Ümid edirəm ki, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi uğurlu olacaq və səhiyyə sistemi daha da inkişaf edəcək.

© © Rəşad Mahmudovun şəxsi arxivindənSəyyar tibbi xidmət zamanı
Millət vəkili: İnsanları həyata qaytarmaq imkanımız olacaq - Sputnik Azərbaycan
Səyyar tibbi xidmət zamanı

— "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsi bu sahənin inkişafına töhfəsini verəcəkmi və əsasən hansı yeniliklər nəzərdə tutulur?

— Bu, çox aktual və tibbin inkişafında vacib olan məsələlərdən biridir. Bu gün Azərbaycanda transplantasiya məsələsi qonşu ölkələrlə müqayisədə çox yüksək səviyyədədir. Qonşu ölkələrin heç birində Azərbaycanda olduğu səviyyədə qaraciyər və böyrək transplantasiyası işi görülmür. Amma bu gün beyin ölümü olduqdan sonra həyatını itirmiş insanlardan orqanların alınıb ehtiyacı olan xəstələrə köçürülməsi ilə bağlı problemlərimiz var. Mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Hazırda Avropanın ən mütərəqqi ölkələrinin təcrübəsi nəzərə alınaraq mükəmməl yeni qanun layihəsi hazırlanıb. Düşünürəm ki, yeni qanun vasitəsilə problemin həlli istiqamətində addımlar ata bilərik və həyatını itirmiş insanların orqanlarından istifadə edərək ehtiyacı olan insanları yenidən həyata qaytarmağa imkanımız olacaq.

Bu, ən xeyirxah işlərdən biridir. Biz qan verərkən qanımızın kimə veriləcəyini soruşuruqmu? Amma bilirik ki, sabah ehtiyacımız olanda kiminsə qanı da bizə veriləcək. Heç kəs bu işdən sığortalanmayıb. Bu, orqan çatışmazlığı üçün də keçərlidir. Azərbaycan vətəndaşı biləcək ki, ortaq bankımız vasitəsilə həyatını itirmiş insanların orqanları kimlərinsə həyatının normaya çevrilməsi üçün istifadə oluna bilər. Bu sahədə insanların maarifləndirilməsi mühüm məsələdir.

Beyin ölümü olmadan ürək transplantasiyasını həyata keçirmək mümkün deyil. Amma qaraciyər və böyrək transplantasiyasında parça və ya birini istifadə etmək mümkündür. İnanıram ki, yeni qanunun qəbul edilməsi indiyədək gecikmiş olan ürək transplantasiyasının aparılması və bu sahədə əziyyət çəkən insanlar üçün ümid yeri olacaq.

© © Rəşad Mahmudovun şəxsi arxivindənSəyyar tibbi xidmət zamanı
Millət vəkili: İnsanları həyata qaytarmaq imkanımız olacaq - Sputnik Azərbaycan
Səyyar tibbi xidmət zamanı

— Azərbaycanda vərəmlə mübarizə hansı səviyyədədir və vərəmlə mübarizənin daha da gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

— Azərbaycanda vərəmlə mübarizəyə böyük diqqət yetirilir. Azərbaycan vərəmlə mübarizədə digər ölkələrə nümunə ola bilər. Vərəmlə mübarizə ilə bağlı Milli Məclisdə dinləmələr də keçirilib.

Bu gün dünyada vərəmlə bağlı çox təhlükəli bir tendensiya əmələ gəlib. Bu, vərəm çöplərinin getdikcə ənənəvi antibiotiklərə və dərmanlara qarşı müqavimətinin əmələ gəlməsidir. Müqavimət elə bir səviyyəyə gəlir ki, sadə bir mikrob ilə mübarizə aparmaq mümkün olmur. Bu məsələ getdikcə Ümumdünya Səhiyyə Təşkilatını narahat edir. Amma son illər dünyada vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar var və bunlar ölkəmizdə də geniş istifadə olunur.

Vərəmlə mübarizədə nə qədər uğur qazansaq da, ümumiyyətlə, xəstəxanalarımızda infeksiyaya nəzarət qrupların funksionallığının bərpa edilməsi lazımdır. Bu, təkcə vərəmə qarşı deyil. İnfeksiya nəzarət komitəsi hər bir xəstəxanada vacibdir. Xəstəxanalarda infeksiya nəzarət komitələrinin beynəlxalq standartlara uyğun işləmə mexanizmlərinin bərpa edilməsinə ehtiyac var.

Uyğunsuz və nəzarətsiz antibiotik istifadəsi səhiyyə və insanlıq üçün ən böyük fəlakətlərdən biridir. İnfeksiya nəzarət komitələri vasitəsilə ən azından bunun azaldılması mümkündür. Çünki komitə həkimlərin sadə mikroba qarşı güclü antibiotiklərdən istifadə edilməsinə nəzarət edir və onun qarşısını alır. Antibiotiklər uyğunsuz şəkildə istifadə ediləndə onlara cavab verməyən mikroblar əmələ gəlir. Avropada hər hansı bir aptekdən damardan vurulan bir antibiotik almaq mümkün deyil. Bu, infeksiyalara qarşı müqavimət mexanizminin yaradılması üçün birinci məsələlərdəndir. Azərbaycanda bu sahəyə ciddi nəzarət mexanizmi yaradılmalıdır və bununla problemləri minimuma endirmək olar.

© © Rəşad Mahmudovun şəxsi arxivindənSəyyar tibbi xidmət zamanı
Millət vəkili: İnsanları həyata qaytarmaq imkanımız olacaq - Sputnik Azərbaycan
Səyyar tibbi xidmət zamanı

— Ürək-damar xəstəliklərinin əsas səbəbi nədir və bu xəstəliyə tutulmamaq üçün nə məsləhət görərdiniz?

— Bu gün həm ölkəmiz, həm də dünyamız üçün bir nömrəli ölüm və əlilliyə səbəb olan ürək-damar xəstəlikləri aktuallığını qoruyur. Ötən ilki statistikaya görə, Azərbaycanda ölümlərin 58 faizə yaxını qan dövranı sistemi ilə əlaqəli problemlərdir. Qan dövranı sistemi dediyimiz zaman söhbət ürək və ona bağlı olan damar sistemlərindəki patologiyalardan gedir. Ürəkdə olduğu zaman buna infarkt, beyində olduğu zaman insult, ətraflarımızda olduğu zaman qanqrenlər deyirik. Əsas ölüm səbəbləri budur. Təzyiq və şəkərin nəzarətdə olmaması bu işin daha da mənfiyə getməsinə gətirib çıxarır. Xolesterin, şəkər və təzyiq bizim qidalanma, həyat tərzimiz ilə bağlıdır.

Fəal həyat tərzi, mütəmadi yürüşlər keçirmək, keyfiyyətli və təbii qidalara üstünlük vermək, qida rasionumuzu normada saxlamaq lazımdır. Axşam yeməklərindən mümkün qədər uzaq durmaq, gün ərzində ortalama 8 saatlıq interval ilə qida qəbul etmək, qalan 16 saatda isə su içmək istisna olmaqla bədənə istirahət vermək məsləhətdir. Uşaqları məktəb yaşlarında fəal həyat tərzinə öyrəşdirmək və idmanı onlara təlqin etmək lazımdır. Müsbət emosiya, sevgi, bağışlama hissi bizi ürək-damar xəstəlikləri ilə yanaşı, bir çox xəstəlikdən qoruya bilən ən sadə profilaktik tədbirlərdən biridir. Bununla yanaşı, genetik yaddaşımızın sağlam olması da vacibdir.

Xəbər lenti
0