CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayon marşrutları üzrə əlavə 100 sərnişin avtobusu xəttə buraxılacaq

© AZƏRTACRayon marşrutlarına ayrılmış əlavə avtobuslar
Rayon marşrutlarına ayrılmış əlavə avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə də əlavə avtobuslar buraxılacaq

BAKI, 20 may — Sputnik. 2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox sayda futbol azarkeşinin Bakıya gəlişi gözlənilir.

Azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.

Bu barədə Sputnik Azərbaycan-a DANX-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq.

Xəbər lenti
0