Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bölgədə ilanlar tüğyan edir

CC0 / Cuyahoga / Snakeİlan, arxiv şəkli
İlan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon sakini qoyun otaran zaman ilan onun sol ayağın topuq nahiyəsindən sancıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Son illər Azərbaycanın şimal-qərb bölgəsində ilan sancma halları nəzərəçarpacaq dərəcədə artıb. Havalar hələ tam isinməsə də, Qaxda 2-ci dəfə ilansancma hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində yaşanıb. Əslən Laçın rayonundan olan, hazırda Qaxda məskunlaşan məcburi köçkün, 1987-ci il təvəllüdlü Şahmərdan Eldar oğlu Ağalarov ilan sancması ilə bağlı Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Rayon sakini qoyun otaran zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstə dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Xəbər lenti
0