Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkili narkotik alverçisi Balakəndə saxlanılıb

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Şəki şəhər sakini Balakən rayonunda narkotik maddə ilə saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, əvvəllər məhkum olunmuş 51 yaşlı Şəki şəhər sakini Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan tutularaq Polis şöbəsinə gətirilib. Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0