CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

© Sputnik / Ilham AhmadovKöçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə
Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 9 və 11-ci sinifdə olan kiçik qardaşlar hamının axtardığı kəşfə imza atdıqlarını iddia edilər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun Calut-2 qəsəbəsində yaşayırlar. 9-və 11-ci sinifdə təhsil alan, dərs əlaçısı olan qardaşlarda texnologiyaya, innovativ metodların tətbiqinə maraq çoxdur. Məktəbli qardaşlar dünyada ilk dəfə yanacaqsız işləyən mühərrik hazırladıqlarını, ideyanın layihə şəklində hazır olduğunu iddia edirlər.

© Sputnik / Ilham AhmadovOğuz rayonunun Calut-2 qəsəbəsində Əmiraslanlı ailəsinin yaşadığı ev
Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər - Sputnik Azərbaycan
Oğuz rayonunun Calut-2 qəsəbəsində Əmiraslanlı ailəsinin yaşadığı ev

Günəş, külək və sudan alternativ enerjinin alınması artıq sirr deyil. Əmiraslanlı qardaşlar isə artıq 3 ildir ki, daha fərqli bir layihə üzərində işləyirlər. Onlar dünyada analoqu olmayan, enerjisi tükənməyən avtomobil mühərriki ixtira etdiklərini deyirlər. Amma bu zaman layihənin əsas detallarını sirr olaraq saxlayırlar. Mühərrikin səssiz rejimdə çalışacağını iddia edən məktəbli qardaşlar avtomobilin ancaq detalı xarab olanda sıradan çıxa biləcəyini bildirilər. Digər tərəfdən, yeni mühərrik karbon qazı buraxmayacaq, atmosferi çirkləndirməyəcək.

11-ci sinif şagirdi Məhəbbət Əmiraslanlı söyləyir ki, 3 il ərzində əziyyət çəkib əldə etdikləri nailiyyətlərdən biri MK-557 hərbi avtomobilidir: “Avtomobil yüksək manevr etmə qabiliyyətinə malik olacaq. Üstünə montaj edilən avtomat silah mono rejimdə hərəkət edir. Bu, düşmənin canlı qüvvəsini və hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Avtomobilin özəl xüsusiyyəti odur ki, onun enerjisi tükənmir, səssiz rejimdə hərəkət edir”.

© Sputnik / Ilham AhmadovLayihə üzərində müzakirələr davam edir
Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər - Sputnik Azərbaycan
Layihə üzərində müzakirələr davam edir

Əmiraslanov qardaşları belə mühərriklərin həm də minik avtomobillərində keçərli olduğunu deyirlər.

9-cu sinif şagirdi Köçəri Əmiraslanlı ixtira etdikləri minik avtomobilinin heç bir yanacaq sərf etmədən daim işlədiyini təsdiq edib: “Avtomobilin dayanmasının bir səbəbi ola bilər - onun hanısa hissələri sıradan çıxsın və hərəkət edə bilməsin. Qardaşımla bu avtomobilə MK adı vermişik".

Minik avtomobilini MK-sport, hərbi maşını MK-55, zirehli transportyoru isə "Pələng" adlandıran məktəblilər qarşıdakı illərdə təyyarə və helikopterlərin də belə enerji ilə işləyə biləcəyini, yaxın vaxtlarda layihə üzərində işə başlayacaqlarını vurğulayırlar.

© Sputnik / Ilham AhmadovƏmiraslanlı qardaşlarının layihəsi
Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər - Sputnik Azərbaycan
Əmiraslanlı qardaşlarının layihəsi

Məktəblilərin atası Habil Əmiraslanov onların bu ixtirasının dövlətimizə əhəmiyyətli xeyri ola biləcəyinə inanır: "Uşaqların texnologiyaya güclü həvəsləri olduğuna görə, uzun müddətdir bununla məşğul olurlar. Onlarda biliklərinə inam yaradıram. Əminəm ki, gələcəkdə dövlətimiz bu texnikadan istifadə edə bilər. Əgər aidiyyatı təşkilatlar patentləşməyə kömək göstərsələr, bu iş 100 faiz başa gələr".

Əmiraslanlı qardaşları minik avtomobilinin 755 at gücündə modern və iş funksiyası baxımdan bir ilk olacağını, hərbi sənaye üçün nəzərdə tutulan zirehli maşınların də ən son texnologiyalarla təmin olunacağını deyirlər.

© Sputnik / Ilham AhmadovOğuz rayonunun Calut-2 qəsəbəsi
Oğuz rayonunun Calut qəsəbəsi - Sputnik Azərbaycan
1/8
Oğuz rayonunun Calut-2 qəsəbəsi
© Sputnik / Ilham AhmadovƏmiraslanlı qardaşlarının layihəsi
Əmiraslanlı qardaşlarının layihəsi - Sputnik Azərbaycan
2/8
Əmiraslanlı qardaşlarının layihəsi
© Sputnik / Ilham AhmadovƏmiraslanlı qardaşlarının layihəsi
Əmiraslanlı qardaşlarının layihəsi - Sputnik Azərbaycan
3/8
Əmiraslanlı qardaşlarının layihəsi
© Sputnik / Ilham AhmadovKöçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə
Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə - Sputnik Azərbaycan
4/8
Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə
© Sputnik / Ilham AhmadovƏmiraslanlı qardaşlarının layihəsi
Əmiraslanlı qardaşlarının layihəsi - Sputnik Azərbaycan
5/8
Əmiraslanlı qardaşlarının layihəsi
© Sputnik / Ilham AhmadovƏmiraslanlı qardaşlarının layihəsi
Əmiraslanlı qardaşlarının layihəsi - Sputnik Azərbaycan
6/8
Əmiraslanlı qardaşlarının layihəsi
© Sputnik / Ilham AhmadovLayihə üzərində müzakirələr davam edir
Layihə üzərində müzakirələr davam edir - Sputnik Azərbaycan
7/8
Layihə üzərində müzakirələr davam edir
© Sputnik / Ilham AhmadovLayihə üzərində müzakirələr davam edir
Layihə üzərində müzakirələr davam edir - Sputnik Azərbaycan
8/8
Layihə üzərində müzakirələr davam edir
1/8
Oğuz rayonunun Calut-2 qəsəbəsi
2/8
Əmiraslanlı qardaşlarının layihəsi
3/8
Əmiraslanlı qardaşlarının layihəsi
4/8
Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları ataları ilə
5/8
Əmiraslanlı qardaşlarının layihəsi
6/8
Əmiraslanlı qardaşlarının layihəsi
7/8
Layihə üzərində müzakirələr davam edir
8/8
Layihə üzərində müzakirələr davam edir

Qardaşlar layihəni rəsmiləşdirmək üçün aidiyyəti qurumlara bir dəfə müraciət etdiklərini, lakin heç də ürəkaçan cavab almadıqlarını bildirirlər. Onların sözünə görə, layihənin və maketin ərsəyə gəlməsi üçün xeyli xərc çəkilib. Lakin heç kim bu xərcin ödənilməsini boynuna götürmədiklərindən, müəyyən problemlər yaranır.

Yeri gəlmişkən, qardaşlar deyirlər ki, Bakıdan gələn mütəxəssislər kiçik maketi özləri ilə aparıblar. Onların iddiası isə ancaq kağız üzərindədir...

Onlar yenidən məsələ ilə bağlı müraciət etmək niyyətindədirlər.

Xəbər lenti
0