BAKI, 19 may - Sputnik. Səudiyyə Ərəbistanının kralı Salman ərəb dünyasının liderlərini Məkkədə təcili toplanmağa çağırıb.
Oxu.az-ın məlumatına görə, buna səbəb İranla münasibətlərin kəskinləşməsidir. Birləşmiş Ərəb Əmirliyi sahilləri yaxınlığında neft tankerlərinə edilən təxribat və ərəblərin iki neft ötürmə stansiyasına xusitlərin hücumu monarxı Ərəb Dövlətləri Liqasına və İran Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına çağırış etməyə vadar edib.
Sammit iyunun 30-da Məkkə şəhərində toplanacaq. Həmin gün Məkkədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli görüşü planlaşdırılıb.
Krallığın xarici işlər naziri Adil Əl Cubeyr bildirib ki, Ər-Riyad regionda müharibə başlamasını istəmir və bunun qarşısını almaq üçün əlindən gələni edir:
“Lakin Səudiyyə Ərəbistanı bütün gücü və qərarlılığı ilə təxribatlara cavab verəcək”, - deyən nazir bütün dünya ölkələrini “regionda təhükəsizlik və sabitliyi pozmağa çalışan Tehranın xaos toxumları səpməsinin” qarşısını almağa çağırıb.