Yaddaş zəifliyindən əziyyət çəkənlərə mühüm məsləhət

© pixabay / moritz320 / Girlhttps://pixabay.com/en/girl-dreamy-thoughtful-human-blond-1126008/Düşünən qız, arxiv şəkli
Düşünən qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər yaddaşı gücləndirməyin yollarını açıqladılar

BAKI, 18 may — Sputnik. Türkiyəli həkimlər beyinin normal fəaliyyəti, yaddaşın güclənməsinin yollarını açıqlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssislər bunun üçün ilk olaraq gündə ən azı 8-10 fincan su içməyi məsləhət görüblər. Bundan başqa, omeqa 3 ilə zəngin olan balıq yemək də tövsiyə olunur. Həkimlər bildirir ki, balıq yağı yaddaşın güclənməsi üçün mühüm əhəmiyyətə malikdir. Yumurta, ləb-ləbi, yoqurt, yer badamı yemək də tövsiyə olunur.

Xəbər lenti
0