Məşhur şirkətin məhsulunda GMO aşkar edildi - Ehtiyatlı olun

CC0 / Bonbonj / BreakfastSıyıq, arxiv şəkli
Sıyıq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Geni dəyişdirilmiş papaya "qurmanlar üçün assorti" yulaf sıyığında aşkar edilib.

BAKI, 18 may — Sputnik. Rusiya İnsan rifahı və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində nəzarət üzrə Federal Xidməti Nestle şirkətinin "Bıstrov" sıyığında Rusiya ərazisində qeydiyyatdan keçməmiş geni dəyişdirilmiş papaya aşkarlayıb.

Бешеная собака. Архивное фото - Sputnik Azərbaycan
GMO bitki var idi, indi də GMO canlı düzəltdilər

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, GM Papaya (transformasiya hadisəsi X17-2) Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdə və AB ölkələrində olduğu kimi, Rusiyada da qeydiyyata alınmayıb.

Geni dəyişdirilmiş papaya "qurmanlar üçün assorti" yulaf sıyığında aşkar edilib.

Öz növbəsində Nestle şirkətindən bildirilib ki, şirkət məhsullarının istehsalı zamanı geni dəyişdirilmiş məhsullardan istifadə etmir.

"Biz məhsulda təsadüfən GMO istifadə edildiyini öyrənən kimi məhsulun istehsalını dayandırdıq", – deyə şirkətdən bildirilib.

Bundan başqa, məhsulun satışdan da yığışdırılacağı qeyd edilib.

Xəbər lenti
0