BAKI, 18 may — Sputnik. Ermənistan silahlı qüvvələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törətməyə başlayıb.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, Ermənistan ordusunun əsgərləri hazırda Ağdamın işğal altında olan ərazilərində yanğın törədirlər.
Alov qoşunların təmas xəttinin Ağdam istiqamətindəki bütün yaşayış məntəqələrində müşahidə olunur.