Beş yüzə yaxın uşaqda QİÇS aşkarlanıb

© AP Photo / Fareed KhanPakistanın cənub Sind əyalətində insanlar növbə ilə QİÇS müayinəsini gözləyirlər
Pakistanın cənub Sind əyalətində insanlar növbə ilə QİÇS müayinəsini gözləyirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Təkrar istifadə olunan iynələr uşaqlar arasında QİÇS-in arealını artırır

BAKI, 18 may — Sputnik. Pakistanda 500 şəxsdə QİÇS aşkarlanıb.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, onların 437-si uşaq olub. Virusun belə geniş yayılmasınada səbəb olaraq iynələrin təkrarən istifadəsi göstərilib. Hətta bu işdə günahlandırılan həkimlərdən bir neçəsi də məsuliyyətə cəlb olunub. 

Pakistanın Səhiyyə Nazirliyi isə QİÇS ilə bağlı yaydığı məlumatda hazırda ölkədə qeydiyyatda olan belə xəstələrin ümumi sayının 23 min olduğunu açıqlayıb.

Xəbər lenti
0