BAKI, 18 may — Sputnik. Venesuela hərbçiləri ölkə prezidenti Nikolas Maduronun rəhbərliyi altında keçirilən "sədaqət marşı"nda ABŞ-ı əllərində silahla gözlədikləri barədə xəbərdarlıq ediblər.
Sputnik Azərbaycan RİA Novostiyə istinadla xəbər verir ki, ötən gün Venesuela prezidenti Nilkolas Maduro Araqua ştatnı ziyarət edib. Orada minlərlə əsgər və zabitlə birlikdə "sədaqət marşı" adlandırılan yürüş keçirilib. 2 km ərazidə keçirilən yürüşdə hərbçiləri kütlə və hərbi texnika əhatə edib. Sonra prezident xidmətdə fərqlənən hərbçiləri təltif edib və növbəti dəfə Amerika imperializmini tənqid hədəfi seçib.
Bundan sonra hərbçilər yüksək səslə cavab veriblər: "Yalnız döyüşənlər mövcud olmaq haqqına malikdirlər. Sən heç vaxt mənim vətənimə toxunmayacaqsan. Qulaq as, balaca qrinqo, biz hazırıq. Biz səni silahla gözləyirik".
Aprelin 30-da müxalifət Venesuelada dövlət çevrilişi etməyə cəhd göstərib. Müxalifətin lideri Xuan Quaido və onun tərəfdarları Karakasdakı Karlota hərbi bazasının qarşısına toplaşaraq ordunu və xalqı qanuni prezident Nikolas Maduronu devirməyə çağırıblar.
Dövlət başçısı və müdafiə naziri hərbi qüvvələrin legitim hakimiyyətə sadiq olduğunu bəyan ediblər. Dövlət çevrilişinə cəhdin qarşısı alınıb və araşdırma başlanıb.
Yanvardan etibarən ölkəni Maduro əleyhinə etiraz dalğası bürüyüb. Parlamentin spikeri Xuan Quaido özünü müvəqqəti hökumətin fəaliyyəti dövründə dövlət başçısı elan edib. Bu addımı başda ABŞ olmaqla bir necə dövlət dəstəkləyib. Rusiya, Meksika, Çin, Türkiyə və İndoneziya kimi dövlətlər isə hazırkı Venesuela liderini dəstəklədiklərini bəyan ediblər.