BAKI, 18 may — Sputnik. CIA-nın (ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi) sabiq əməkdaşı olan Kevin Malloriyə 20 illik həbs cəzası verilib.
© AP PhotoКевин Мэллори
Кевин Мэллори
© AP Photo
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, buna səbəb onun Çinə casusluq etməsi və ABŞ-ın müdafiə sirri ilə bağlı məlumatları bu ölkənin mərkəzi kəşfiyyat agentliyi ilə paylaşması olub. Onun 2017-ci ildə bu məlumatları 25 min dollar müqabilində Çinə satdığı da ortaya çıxıb. Bundan başqa, iki tərəf arasında yazılan mesajlar da aşkara çıxıb. Bu mesajların birində 62 yaşlı məhbus yazır: “Sizin əsas qazancınız bu məlumatları əldə etməkdir. Mən isə bunun qarşılığında ödənişimi əldə etmək istəyirəm”.
ABŞ hökuməti isə bu əməkdaşlığı “təhlükəli ticarət” adlandırıb.