BAKI, 17 may — Sputnik. Populyar amerikalı müğənni Madonna mayın 18-də keçiriləcək "Eurovision" musiqi müsabiqəsinin finalında reper Quavo ilə birlikdə yazdığı "Future" sinqlini ifa edəcək. Sputnik Azərbaycan bu barədə müsabiqənin saytına istinadən xəbər verir.
"Madonna mayn 18-də müsabiqənin finalında 2 mahnı ifa edəcək: 1989-cu ilin populyar hiti olan "Like A Prayer"i və amerikalı reper Quavo ilə birgə səsləndirəcəyi eksklüziv "Future" kompozisiyasını" - saytda yerləşdirilən məlumatda deyilir.
Təşkilatçıların sözlərinə əsasən, "Eurovision" tamaşaçıları Madonnanın yeni "Madame X" albomuna daxil olacaq "Future" mahnısını ilk dəfə eşidəcəklər. Madonna müsabiqənin finalının qonağı olacaq.
Müsabiqənin finalı mayın 18-də İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək. Finalda qalib adı uğrunda 26 ölkədən olan iştirakçılar mübarizə aparacaqlar. Onların arasında Azərbaycanı təmsil edən Çingiz də var.