ABŞ İrana qarşı yeni hücum planı hazırlayır

© AFP 2024 / Dimitar DILKOFFABŞ ordusu
ABŞ ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı hərbçilər tərəfindən YPG/PKK üzvlərinə hücum üçün təlimlər keçirilib

BAKI, 17 may — Sputnik. ABŞ Suriyada İrana məxsus hərbi məntəqələri bombalamağa hazırlaşır. Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Suriyanın Deyr əz-Zor vilayətində ABŞ tərəfindən dəstəklənən YPG/PKK yaraqlıları İran dəstəkli qruplara hücum planlaşdırır.

Məlumata görə, ABŞ hərbçiləri tərəfindən YPG/PKK üzvlərinə hücum üçün təlimlər keçirilib. Deyr əz-Zor vilayətinin şərqində ABŞ tərəfindən dəstəklənən YPG/PKK, qərbində isə Bəşər Əsəd rejimi və İran dəstəkli xarici terrorçu qruplar yerləşdirilib.

Bu vilayətdə əhali cari ilin 25 aprel tarixindən etibarən YPG/PKK-ya qarşı nümayişlər keçirir.

Xəbər lenti
0