"F-35"-lərin Türkiyəyə tədarükünü əngəlləmək üçün hərəkətə keçildi

© AFP 2024 / JEFF J MITCHELLF-35 qırıcıları
F-35 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə Konqresdən keçərsə, prezident Donald Tramp sənədi imzalayacaq

BAKI, 16 may — Sputnik. ABŞ və Türkiyə arasında F-35 qırıcıları ilə bağlı gərginlik daha da artır. Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının tərkibindəki komitə F-35-lərin Türkiyəyə tədarükünü əngəlləyən qanun layihəsini dərc edib.

ABŞ Türkiyəyə F-35 qırıcılarının satılması məsələsində qeyri-müəyyən mövqedədir. Türkiyənin Rusiyadan müdafiə sistemləri alması ABŞ-Türkiyə arasında böhran yaradıb.

Nümayəndələr Palatasındakı komitə sözügedən layihəni qiymətləndirəcək.

Qanun layihəsi Nümayəndələr Palatasından daha sonra isə Senatdan keçməlidir. Layihə Konqresdən keçərsə, prezident Donald Tramp sənədi imzalayacaq.

Xəbər lenti
0