BAKI, 15 may — Sputnik. Konqo Demokratik Respublikasında yeni doğulan körpə, 42 günlüyündə "Ebola" virusunua yoluxub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, körpə qız anası ilə birlikdə xəstəxanaya yerləşdirilib.
Bir aylıq davamlı müalicə nəticəsində uşaq sağlamlığına qovuşub. Lakin körpənin anası müalicə prosesi zamanı dünyasını dəyişib.
Qeyd edək ki, bu ölkədə təkcə ötən ilin iyulundan etibarən 1100 nəfər dünyasını dəyişib.