Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mallar bahalaşacaq, ticarət zəifləyəcək, üstəlik layihə də təhlükədədir

© AP Photo / Ebrahim NorooziКурсы валют в окне обменного пункта в центре Тегерана, Иран
Курсы валют в окне обменного пункта в центре Тегерана, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ-ın İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etməsinin Azərbaycana ciddi təsirinin olacağı gözlənilmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. "İranda qiymətlərin qalxmasının əsas səbəbi milli valyutanın – rialın devalvasiyasıdır. Həm ABŞ-ın sanksiyaları, həm də rialın kəskin devalvasiyaya uğraması İranda qiymətlərin artımına və inflyasiyaya ciddi təsir edən amilə çevrilib". Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Девушка в хиджабе проходит мимо фрески с изображением пистолета с американским флагом на стене бывшего посольства США в Тегеране  - Sputnik Azərbaycan
SİYASƏT
ABŞ-İran qarşıdurması: Milyonlarla qaçqın ölkəmizə girə bilərmi?

Onun sözlərinə görə, İranda qiymətlərin qalxması Azərbaycana bu ölkədən gətirilən məhsulların qiymətinə də təsir göstərəcək: "Bu, İrandan gətirilən məhsulların qiymətində artıma səbəb olacaq. Əsasən sərhədyanı zonada yaşayan azərbaycanlıların İran tərəfindən alıb gətirdiyi məhsullarda və xırda alverlə məşğul olduğu sahələrdə qiymət artımı ola bilər".

ABŞ-ın İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etməsinə və bunun Azərbaycana təsirinə gəlincə, ekspert deyib ki, bu sanksiyalardan sonra Şimal-Cənub dəmiryolu layihəsinin həyata keçirilməsində ciddi ləngimələr ola bilər: "Azərbaycan tərəfi bu layihənin həyata keçirilməsinə 500 milyon dollara yaxın kredit ayırıb. Bu layihənin gecikməsi Azərbaycanın nəqliyyat mərkəzinə çevrilməsində müəyyən gecikmələrə və problemlərə səbəb ola bilər".

"Bundan əlavə, İrandan Azərbaycana tikinti materialları, o cümlədən dəmir məmulatları gətirilir. Onların da alınıb gətirilməsində müəyyən problemlər yarana bilər. Həmin məhsul növlərinin daxili bazardan çəkilməsi digər ölkələrin və yerli istehsalçıların məhsullarının bahalaşmasına səbəb ola bilər" – deyə o qeyd edib.

Ekspert bildirib ki, son vaxtlar İranda sanksiyaların təsiri daha çox hiss olunur: "İzolyasiya şəraitində yaşayan bu ölkənin yaxın gələcəkdə öz gücü hesabına problemləri həll edəcəyinə inam çox azdır. Çünki İranın daxili potensialı kifayət qədər deyil. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı İran ilə layihələrini həyata keçirməyə can atmır, çünki bu qurumların əsas donoru və sponsoru ABŞ-dır. Getdikcə İranda iqtisadi vəziyyətin daha da ağırlaşmasının şahidi ola bilərik".

İqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, ABŞ sanksiyalarının İran iqtisadiyyatına mənfi təsiri müşahidə olunmaqdadır və növbəti dövrlərdə də bu təsirlərin artacağı gözlənilir: "Güman olunur ki, məhz sanksiyalar fonunda İran iqtisadi və sosial baxımdan zəifləyəcək. Bir tərəfdən qiymətlərin artmasının sosial təsirləri var. Digər tərəfdən İrana daxil olan valyutanın həcmində azalmalar var. Bu da rialın məzənnəsinin aşağı düşməsinə və istehlak qiymətlərində artıma gətirib çıxardıb. Son sanksiyalar daha sərtdir və bu fonda İran iqtisadiyyatının zəifləməsini müşahidə edirik".

İranda iqtisadi vəziyyətin Azərbaycana təsirinə gəlincə ekspert bildirib ki, İran Azərbaycan üçün vacib qonşulardan biridir və ölkəmiz İranda iqtisadi vəziyyətin pisləşməsində maraqlı deyil: "Son dövrlər Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artır. 

Tovuz Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
İran-Azərbaycan əlaqələrinə "töhfə" vermək istəyən şəxsə qarşı əməliyyat keçirilib
Bu baxımdan İrandakı iqtisadi vəziyyət ticarət münasibətlərimizə birbaşa təsir göstərəcək. 2018-ci ildə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollar olub. Bu, 2017-ci illə müqayisədə 1,7 dəfə, 2016-cı illə müqayisədə 2 dəfə, 2015-ci illə müqayisədə isə 3,6 dəfə çoxdur. 2015-ci ildən başlayan bu tendensiya kifayət qədər müsbətdir".

Onun fikrincə, güman olunur ki, İranda iqtisadi çətinliklər iki ölkə arasında ticarət dövriyyəsinə təsir göstərəcək: "Sanksiyalar davam edərsə, növbəti dövrlərdə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsində azalmaların olacağı gözlənilir. Digər tərəfdən, Azərbaycan İrandan ərzaq və eləcə də kənd təsərrüfatı məhsulları idxal edir. Dollar ifadəsində İrandan idxal edilən məhsulların həcmində kəskin artımlar var. İranda qiymətlərin artması bu ölkədən idxal edilən məhsulların qiymətinə də təsir göstərəcək. Növbəti dövrdə İrandan Azərbaycana gətirilən istehlak mallarının qiymətində artımın olacağı gözlənilir. Güman olunur ki, xüsusən də ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə olunacaq".

"ABŞ-ın İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etməsinin Azərbaycana ciddi təsirinin olacağı gözlənilmir. Çünki Azərbaycana metallurgiya məhsullarını idxal etmək üçün Rusiya və Ukrayna kimi ölkələr var. Və Azərbaycan həmin ölkələr ilə birbaşa əməkdaşlıq edir. Son dövrlər ölkəmizdə yerli istehsalın həcmi də artıb. O baxımdan İranda metallurgiyaya tətbiq edilən sanksiyalar bu sahədə Azərbaycan-İran əlaqələrinə təsir göstərməyəcək" – deyə o bildirib.

Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Yeni sanksiyalar İranın metallurgiya, alüminium və mis istehsalı və ixracı sahələrinə tətbiq edilib.

Sanksiyalar fonunda İranda inflyasiya tempi sürətlə artır. "TradingEconomics" məlumatına görə, aprel ayında ölkədə ötən illə müqayisədə istehlak qiymətləri 51,4 faiz artıb. Ən yüksək qiymət artımı ərzaq məhsullarının satışında müşahidə olunub (84 faiz). Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox bahalaşıb.

Xəbər lenti
0