BAKI, 15 may — Sputnik. Çində qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qadın əsəbləşib və 40 sm uzunluğunda olan boyunbağını udub.
Buna səbəb isə, 52 yaşlı Şyu Syuinin qohumları ilə mübahisəsi olub. Onların mübahisəsindən qəzəblənən qadın boynunda olan boyunbağını çıxarıb və onların gözü qarşısında udub.
Qadını təcili xəstəxanaya aparıblar. Rentgen nəticəsində məlum olub ki, boyunbağı qadının mədəsindədir. Həkimlər qadını əməliyyat ediblər. Onun səhhətində hazırda heç bir problem yoxdur.