Ən etibarlı avtomobillərin siyahısı açıqlandı

Abunə olmaq
Ekspertlərin fikrincə, əsas problemlər elektronika ilə əlaqəlidir

BAKI, 15 may — Sputnik. ABŞ-ın "J.D. Power" şirkətinin Britaniya şöbəsi araşdırma çərçivəsində 3 yaşına qədər olan etibarlı avtomobillərin reytinqini hazırlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdıma zamanı 11,5 min britaniyalı avtomobilçinin fikrini öyrənilib. Sorğuya 25 brendin avtomobilləri çıxarılıb.

Nəticədə mütəxəssislər müxtəlif kateqoriyalar üzrə 170-dən çox şikayət qeydə alıb.

Девушка за рулем автомобиля, фото из архива - Sputnik Azərbaycan
Dörd nəfərdən biri elektrik avtomobili sürəcək

Reytinin ilk pilləsində 100 avtomobildə 77 nasazlıqla ilə Peugeot qərar tutub. İkinci yerdə Skoda (88), üçüncü yerdə isə Hyundai (90) yer alıb.

İlk beşliyə Nissan və Suziki (94) də daxil olub. İlk onluqda isə Opel (95), Kia (101), Mini (103), Ford və Volvo (106) yer alıb.

Siyahıda sonuncu yerdə BMW (181) qərarlaşıb.

Ekspertlərin fikrincə, əsas problemlər elektronika ilə əlaqəlidir. "J.D. Power" şirkətinin Avropa şöbəsinin rəhbəri Coş Hallibörton qeyd edib ki, avtomobil istehsalçılarının texnologiya arxasınca qaçması avtomobillərdə ideal olmayan və tez xarab olan yeni sistem və aqreqatların yer almasına səbəb olur.

Xəbər lenti
0