CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artistin qızı teleekranların ulduzu olmaq qərarına gəlib

© Instagram / aynikhalidƏməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Aynişan Quliyeva Azərbaycan teleekranının ulduzu olmaq qərarındadır

BAKI, 15 may — Sputnik. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Azərbaycan teleekranının ulduzu olmaq qərarına gəlib. O, "Solğun çiçəklər" teleserialında baş rola çəkilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от 𝓐𝔂𝓷𝓲𝓼𝓱𝓪𝓷 (@aynikhalid)

Sputnik Azərbaycan-ın məlumatına görə, Quliyeva çəkiliş meydançasında çəkilən şəkilləri "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O, uzun müddət düşünəndən sonra aktrisa olmaq qərarına gəlib və hazırda bu sənətini kifayət qədər uğurla inkişaf etdirir.

Hazırda gənc qız yerli telekanallardan birində yayımlanan ən reytinqli teleseriallardan olan "Solğun çiçəklər"də oynayır. Tamaşaçılar "Instagram"da paylaşılan şəkli şərh edərkən onun rolunu bəyəndiklərini bildiriblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от 𝓐𝔂𝓷𝓲𝓼𝓱𝓪𝓷 (@aynikhalid)

Qeyd edək ki, Aynişan Quliyeva bir çox musiqi layihələrində iştirak edib. O, uzun müddət anasının yolunu davam etdirmək istəyib. Lakin yaradıcılığa bir müddət ara verib. Türkiyədə təhsilini başa vurandan sonra Aynişan Azərbaycana qayıdaraq fəaliyyətini aktrisa kimi davam etdirməyə qərar verib.

Xəbər lenti
0