Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Çingiz Mustafayev "Avroviziya"da çıxış öncəsi soyundu

© Instagram / chingizmustafayevПредставитель Азербайджана Чингиз Мустафаев
Представитель Азербайджана Чингиз Мустафаев - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Mustafayev Ukraynanın NVRMIND nəşrinin açıq fotosessiyasında iştirak edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. "Avroviziya-2019" beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev Ukraynanın NVRMIND nəşrinin açıq fotosessiyasında iştirak edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni bu fotosessiya zamanı çəkilmiş bir neçə şəklini "Instagram" sosial şəbəkəsindəki hesabından paylaşıb. Fotoların müəllifi məşhur ukraynalı fotoqraf və sözügedən nəşrin təsisçisi Dmitri Komisarenkodur. Bu fotoları başqalarından fərqləndirən ağ-qara fotoqrafiya sənətini və insan bədəninin gözəlliyini təcəssüm etdirməsidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Chingiz Mustafayev (@chingizmustafayev)

Xatırladaq ki, Çingiz Mustafayev hazırda "Avroviziya-2019"-un keçirildiyi Təl-Əviv şəhərindədir. O, mayın 16-da keçiriləcək yarmfinalda 18 nömrə altında Truth ("Həqiqət") kompozisiyası ilə çıxış edəcək.

Onun göstərəcəyi nömrənin səhnə qrafiki üzərində Moskvanın kreativ GST komandası işləyib. Xüsusi vizual effektlərə isə "Avroviziya-2016"-nın qalibi Camalanın nömrəsinin xüsusi effektləri üzərində işləmiş Front Pictures Creative Studio komandası cavabdehdir.

Müğənni özü səhnə nömrəsindən məmnundur. O, bununla öz qəhrəmanına demək istəyir ki, ona həqiqəti qəbul eləmək və ürəyini işığa açmaqla həyatı zəhərləyən münasibətləri sona çatdırmaq lazımdır.

Müsabiqənin yarımfinalı 14-16 may, finalı isə 18 mayda Təl-Əvivdə Dare to (Arzularına sərbəstlik ver) devizi altında keçiriləcək.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq"Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir.

Xəbər lenti
0