SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması nə vəd edir - politoloq şərhi

© Sputnik / Murad OrujovИльгар Велизаде
Ильгар Велизаде - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının rolunun artırılmasında maraqlıdır
İlqar Vəlizadə: “Azərbaycan tərəfinin Avropadan gözləntiləri çoxdur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Avropa İttifaqı münasibətləri həm region üçün, həm də bölgədə gedən proseslər baxımından önəmlidir:

“Son dövrlər münasibətlər hər iki tərəf üçün faydalı olacaq şəkildə inkişaf edir. Bununla belə, Azərbaycan tərəfinin Avropadan gözləntiləri çoxdur. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının rolunun artırılmasında maraqlıdır. Düşünürəm ki, tərəflər bu məsələ ilə bağlı da ortaq məxrəcə gələ biləcəklər”.

Politoloqun geniş şərhinə audio faylda qulaq asa bilərsiniz

Xəbər lenti
0