CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL statistikasını açıqladı

© Sputnik / Murad OrujovAZAL-ın təyyarəsi, arxiv şəkli
AZAL-ın təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir

BAKI, 15 may — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

Qeyd edilib ki, beynəlxalq reyslərlə, ümumilikdə 1,06 milyon sərnişin daşınıb. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşıyıb. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur.

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi "Buta Airways"in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz faiz təşkil edib.

Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən - Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin "flyNas", "Kuwait Airways" və Türkiyənin loukosteri "Pegasus"un uçuşlarının bərpa edilməsi planlaşdırılır.

Xəbər lenti
0