CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə insandan Azərbaycanı tərk etmək tələb edilib

© Photo : APADövlət Miqrasiya Xidmətinin binası
Dövlət Miqrasiya Xidmətinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1029 qərar qəbul edilib

BAKI, 14 may — Sputnik. 2019-cu ilin aprel ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 45 min 019 müraciət qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a DMX-nin mətbuat xidmətindən məlumat verilib. 

infoqrafika - Nağdsız aparılan əməliyyatlar - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Əcnəbilərin Azərbaycanda apardıqları nağdsız əməliyyatlar

Bildirilib ki, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə isə 6 min 868 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX ay ərzində ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 1029 qərar qəbul edib. Qərarlardan 569-u İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub.

Onlardan 381-i ölkəni tərk etmə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 422 qərardan 97-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 325-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.

22 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 10-u əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 6 qərar qəbul edilib.

Xəbər lenti
0