Azərbaycanda yeni nazir təyin olundu

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı bu gün müvafiq fərman imzalanıb

BAKI, 14 may — Sputnik. Naxçıvan Muxtar Respublikasına yeni iqtisadiyyat naziri təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, Tapdıq Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti
0