Qadın lotereyada milyonlar uddu və qəfil öldü

© AFP 2024 / KAREN BLEIERLotereya
Lotereya - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın evini təmir etmək, yeni avtomobil almaq istəyirmiş, hətta toy etməyi də planlayırmış, amma bütün bunlar ona qismət olmayıb

BAKI, 14 may — Sputnik. İngiltərədə qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı qadın 17 ay bundan öncə lotereyada külli miqdarda pul udub.

Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank lotereya keçirir – İştirak edin

Qadın bir müddət əvvəl kəskin ağrılarla xəstəxanaya aparılıb. O, müayinə olunsa da, heç bir xəstəlik aşkarlanmayıb. Həkimlər ağrıların əsəb və stresslə bağlı olduğunu bildiriblər. Amma qadının ağrıları səngiməyib və o, mayın 11-də dünyasını dəyişib.

Qeyd edilir ki, qadın uzun illər taksi sürücüsü işləyib. Daima lotereya oyununda iştirak edən qadın 1,5 il əvvəl 4 milyon funt sterlinq (təxminən 5,2 milyon dollar) udub. Qalib olan kimi qadın işdən çıxıb. O, qazandığı pullar sayəsində son 25 ildə ilk dəfə yeni ili işdə yox, evdə keçirib.

Qadın evini təmir etmək, yeni avtomobil almaq istəyirmiş, hətta toy etməyi də planlayırmış. Amma bütün bunlar ona qismət olmayıb.

Xəbər lenti
0