Sərhədlərimizə yaxın ərazilərdə qırıcılar uçuşur

© AFP 2024 / JACK GUEZ "F-35" qırıcı təyyarəsi
F-35 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ-ın mövqe və mənafelərini ən yaxşı şəkildə müdafiə etmək üçün uçuşlar həyata keçirilir"

BAKI, 14 may — Sputnik. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" və "F-35" qırıcıları Fars körfəzi üzərində uçuşlar keçirir. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Bill Urban açıqlama verib.

Onun sözlərinə görə, "F-15" və "F-35" qırıcıları müdafiə məqsədilə Fars körfəzində uçuşlar həyata keçirir: "ABŞ-ın mövqe və mənafelərini ən yaxşı şəkildə müdafiə etmək üçün bu uçuşlar həyata keçirilir. Bu, güc nümayişi deyil, təcavüzkarlıqdan daşındırma məqsədi daşıyır".

Qeyd edək ki, ABŞ ötən həftə İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə "USS Abraham Linkoln" təyyarə gəmisi ilə 4 nüvə tutumlu "B-52" bombardımançı təyyarələrini Fars körfəzinə göndərib.

Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın BƏƏ-nin sahil sularında 4 ticarət gəmisinə qarşı təxribat törətdiyini iddia edib. BƏƏ rəhbərliyinin gəmilərdəki ziyanı araşdırmaq üçün ABŞ-dan kömək istədiyi də irəli sürülüb.

Bu arada, İran tərəfi ABŞ-ın Fars körfəzindəki fəllaşmasını "psixoloji müharibə çərçivəsində təkrar edilən hərəkətlər" kimi qiymətləndirib. Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqsiri "ABŞ daha əvvəl də bu cür addımlar atıb və məqsəd İran və region ictimaiyyətinə təsir etməkdir" açıqlamasını verib.

İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadi isə bildirib ki, Amerikanın Fars Körfəzinə təyyarə daşıyan gəmi göndərməsi yeni bir məsələ deyil: "Bu hərəkətə əhəmiyyət vermək üçün hər hansı bir səbəb yoxdur. Amerikalıların bölgədəki varlığı faydasızdır".

Xəbər lenti
0