Maduro tərəfdarları Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçiriblər

© REUTERS / CARLOS BARRIAVenesuelanın Vaşinqtondakı səfirliyinin binası
Venesuelanın Vaşinqtondakı səfirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Polislər kompleksin zəncir və qıfılla bağlanmış darvazasının ağzında mövqe tutublar

BAKI, 14 may — Sputnik. ABŞ polisi Venesuelanın qanuni hakimiyyətini dəstəkləyən fəalları Venesuelanın Vaşinqtondakı səfirliyinin binasını tərk etməyə məcbur edə bilməyib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, polislər kompleksin zəncir və qıfılla bağlanmış darvazasının ağzında mövqe tutublar. 

Nikolas Maduro - Sputnik Azərbaycan
Nikolas Maduro çevriliş cəhdinin arxasında duranları ifşa etdi

Polislərin bir qismi diplomatik missiyanın binasına daxil olub və orada fəallarla, eləcə də Mülki Ədalət Tərəfdaşlıq Fondunun vəkili Mara Verheyden-Hilliardla danışıqlar aparıblar. Beş dəqiqəlik diskussiyadan sonra polislər binanı tərk edərək binaya xaricdən girişi bağlayıb. Fəallar isə ikinci mərtəbəyə qayıdıblar.

Venesuela hakimiyyəti Amerika polislərinin səfirliyin binasına daxil olmasını beynəlxalq hüququn pozulması kimi xarakterizə edib. Venesuelanın bütün diplomatları ABŞ-ı bu ilin aprelində tərk ediblər.

Qeyd edək ki, aprelin 30-da müxalifət Venesuelada dövlət çevrilişinə cəhd edib. Özünü dövlət başçısı elan etmiş Xuan Quaido və onun tərəfdarları Karakasda "Karlota" hərbi bazasının qarşısına toplaşaraq prezident Nikolas Maduronu devirməyə çalışıb.

Ölkə hakimiyyəti çevriliş cəhdlərinin uğursuz olduğunu bəyan edib. ABŞ Xuan Quaidoya dəstək verməklə Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsini təmin etməyə çalışır.

Bu səbəbdən iki ölkənin münasibətləri gərginləşib. Vaşinqtonda Venesuelaya qoşun yeridərək hərbi əməliyyatlara başlamaq tərəfdarları ilə əleyhdarları arasında xeyli vaxtdır müzakirələr gedir.

Xəbər lenti
0