Köpəkbalığı gəncin ayağını qoparıb

Abunə olmaq
Gəncin cəsədi bir neçə saat sonra xilasedicilər tərəfindən aşkar edilib

BAKI, 14 may — Sputnik. Fransada dəniz sahilində faciə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Reyunyon sahillərində sörfçüyə köpəkbalığı hücum edib.

Hadisə Sen-Lyu şəhərciyinə yaxın yerdə baş verib. Həmin ərazidə sörfinqlə məşğul olmaq qadağan edilsə də, 28 yaşlı gənc dostları ilə birlikdə dənizə daxil olub.

Az sonra sörfçü dənizdə gözdən itib. Onun çığırtısını eşidən dostları gənci xilas etmək istəsələr də, onu tapa bilməyiblər və sahilə geri dönüblər.

Gəncin cəsədi bir neçə saat sonra xilasedicilər tərəfindən aşkar edilib. Məlum olub ki, oğlana köpəkbalığı hücum edib və onun ayağını qoparıb. Nəticədə gənc oğlan qanaxmadan ölüb.

Xəbər lenti
0