BAKI, 14 may — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda yerləşən 273 saylı tam orta məktəbin VIII sinif şagirdi, 14 yaşlı Dmitri Dusin məktəbin 2-ci mərtəbəsindən yıxılıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəblinin diz qapağında sınıq yaranıb.
Eyni zamanda onun dirsək oynağında da sınıq aşkarlanıb: "O, hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır və stabil olaraq qalır".
Dünən yayılan məlumata əsasən, VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən tullanıb.