CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dağlıq Qarabağın Azərbaycanlı İcması”na qarşı məhdudiyyət aradan qaldırıldı

© AFP 2024 / LOIC VENANCEСоциальная сеть Twitter
Социальная сеть Twitter - Sputnik Azərbaycan
Abunə olmaq
"Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəsmi “Twitter” hesabına qoyulan məhdudiyyət aradan qaldırılıb

BAKI, 14 may - Sputnik. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi "Twitter" hesabının üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İcma sədri Tural Gəncəliyev özünün “Facebook” səhifəsində məlumat verib: “Gələcəkdə İcmaya qarşı bu kimi halların davam edəcəyini, saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabı ermənilərin çoxsaylı şikayəti nəticəsində “Twitter” administrasiyası tərəfindən mayın 8-də bloklanmışdı.

Xəbər lenti
0