BAKI, 14 may - Sputnik. Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.
Sputnik Azərbaycan-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb.
Nəticə olaraq qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.