CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qadınların həyatı ilə bağlı xəbərlərdən şou düzəltmək olmaz"

© Sputnik / Nigar Iskanderova “Gender bərabərliyi və media" adlı konfrans
 “Gender bərabərliyi və media adlı konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Hicran Hüseynova: "Bir-birimizə qarşı diqqətli, hörmətli olmalıyıq"

BAKI, 13 may — Sputnik. "Bəzən mediada hansısa qadının həyatı ilə bağlı məqamlar şou formasında çatdırılır. Bu, düzgün deyil. Məgər bu qadın sonradan o cəmiyyətdə yaşamamalıdır? Düşünürəm ki, bu kimi məsələlərdə bir-birimizə qarşı diqqətli, hörmətli olmalıyıq". 

Millət vəkili Qənirə Paşayeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: "Efirdə əxlaqsızlığı göstərməkdənsə, lider qadınlara yer ayırın"

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində, AQUPDK, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə keçirilən "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Avropa Şurasınn 2018-2023-cü illər üzrə proqramının əsas hədəfi cinsiyyətcilliyi, qadınların iqtisadi asılılığını və məişət zorakılığını aradan qaldırmaqdır.

Qeyd edək ki, konfransın açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova iştirak edib.

Xatırladaq ki, Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunan konfransın keçirilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır.

Xəbər lenti
0