Dünyada hər gün yeni doğuşla əlaqədar olaraq 830 qadın dünyasının dəyişir. Azərbaycan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ana ölümlərinin sayı aşağı düşüb.
Həmin məlumatlarda qeyd olunur ki, 2017-ci ildə ölkədə ana ölümləri əmsalı hər 100 min yeni doğuşa 14,6 nəfər olub. 2018-ci ildə bu göstərici 12,2 nəfərədək aşağı düşüb.
Respublikada körpə ölümlərinə gəlincə, 2016-cı ildə bu göstərici 11,4 (hər 1000 diri doğulmuş 1 yaşadək uşaqlar) olub.
Hesabata görə, uşaq ölümləri əmsalı 2017-ci ildə 11,1 nəfərədək aşağı düşüb. 2018-ci ildə isə bu barədə məlumat hələlik yoxdur.
Azərbaycanda ana və uşaq ölümləri ilə bağlı ətraflı məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından əldə edə bilərsiz.