Dənizdə təxribat: Gəmilərə hücum edildi

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidAğır yük gəmiləri, arxiv şəkli
Ağır yük gəmiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü BƏƏ-nin Fuceyra limanında baş verən təxribata münasibət bildirib

BAKI, 13 may — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri ölkənin sahil suları yaxınlığında fərqli ölkələrə məxsus 4 ticarət gəmisinin təxribata məruz qaldığını açıqlayıb.

Rita Rzaquliyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəmi kapitanının qadın köməkçisi: “Bəzən ciddi vahimə keçirirəm...”

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi 4 mülki ticarət gəmisinin ölkənin şərq sahilində yerləşən Fuceyra limanı yaxınlığında təxribata məruz qaldığını bildirib.

Açıqlamada təxribatın ölümə, gəmilərdən zərərli maddə və ya yanacaq sızmasına səbəb olmadığı vurğulanıb, hadisə ilə bağlı istintaq başladığı deyilib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl Falih verdiyi açıqlamada ölkəsinə aid 2 yük gəmisinin Fuceyra limanında hücuma məruz qaldığını bildirib.

İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Haşmetullah Felahetpişe isə bu hadisənin körfəz ölkələrinin təhlükəsizliyinin nə qədər kövrək olduğunu göstərdiyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi də Fuceyra limanında baş verən təxribata münasibət bildirib. O, bu təxribatı narahatedici və təəssüfləndirici olaraq qiymətləndirib, məsul şəxslərin tapılması üçün istintaq aparılmasını istəyib.

Qeyd edək ki, Fuceyra limanı Hörmüz Boğazına 70 mil məsafədə yerləşir.

Xəbər lenti
0