SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Təcili dialoqa başlamaq lazımdır - politoloq Türkiyədəki vəziyyətdən danışır

© Sputnik / Murad OrujovВстреча с журналистами на тему "Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы"
Встреча с журналистами на тему Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы  - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, hazırkı vəziyyət həm də Türkiyənin düşmənlərinin işinə yarayır
Tofiq Abbasov: “Ərdoğanın münasibəti qanuna sığmır”

“Türkiyə siyasətində yaranmış qarışıq vəziyyətin necə sonlanacağını demək çətindir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Türkiyə prezidenti seçkilərin nəticələri ilə bağlı tələsik qərar verdi. Belə vəziyyətdə prezidentin neytral mövqedən çıxış etməsi doğru olardı. Lakin indi onun atdığı addımlar iqtidar və müxalifət arasındakı uçurumu dərinləşdirir. Ərdoğanın münasibəti qanuna sığmır və oyun qaydaları pozulur. Hazırkı vəziyyət həm də Türkiyənin düşmənlərinin işinə yarayır.  Müxalifət və iqtidar təcili dialoqa başlamalıdır ki, vəziyyətin daha da kəskinləşməsinə imkan yaranmasın” - deyə o bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib. Ötən həftə YSK Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətini qəbul edib və iyun ayının 23-də yenidən seçkilərin keçirilməsi qərarını verib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0