BAKI, 12 may — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Viktor Mujenko Facebook sosial şəbəkəsindəki səhifəsinin oğurlandığını bildirib.
"Növbəti dəfə mənim səhifəm oğurlanıb və siyasi məzmunlu təxribat xarakterli paylaşım edilib. Hamıya xatırladıram ki, hərbçilər ölkədəki siyasi proseslərə qarışmırlar", - Mujenko özünün Facebook səhifəsində yazıb.
O qeyd edib ki, hibrid müharibə davam edir və hərbçilər düşmənə layiqli cavab verəcəklər.
Maraqlıdır ki, Mujenko təkzib bəyanatının məhz özünə məxsus olduğunu KİV vasitəsilə təsdiq etməyib.