Rusiyanın ən yaşlı adamı öldü

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidДолгожитель Илиев Аппаз Лоросович
Долгожитель Илиев Аппаз Лоросович - Sputnik Azərbaycan
Abunə olmaq
123 yaşlı kişinin 8 uşağı, 35 nəvəsi, 34 nəticəsi və bir neçə kötücəsi var

BAKI, 11 may — Sputnik. Rusiyanın ən yaşlı insanı dünyasını dəyişib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, İnquşetiyada yaşayan Appaz İliyev 123 yaşında reanimasiyada vəfat edib.

İnquşetiyanın rəhbəri Yunus-bek Evkurov Appaz İliyevin ailəsinə başsağlığı verib. Evkurov sosial şəbəkədə status yazaraq bildirib ki, 123 yaşlı Appaz İliyevlə bir neçə dəfə görüşüb: “O, mehriban bir insan idi”.

Qeyd edək ki, 123 yaşlı kişinin 8 uşağı, 35 nəvəsi, 34 nəticəsi və bir neçə kötücəsi var.

İliyev 1 mart 1896-cı ildə İnquşetiyanın Qulu kəndində dünyaya gəlib. O, ölkənin ən yaşlı adamı kimi Rusiya Rekordlar Kitabına salınıb.

Xəbər lenti
0