BAKI, 11 may — Sputnik. Bu gün səhər saat 8:00-ə olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.
Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, ən çox yağıntı miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, habelə Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.
Yağıntı digər bölgələrdə 1-8 mm olub. Paytaxtın bir sıra qəsəbələrində, o cümlədən Zabratda, Binədə 0,4 mm, Maştağada 1 mm, Bakıda 3 mm yağış qeydə alınıb. Günorta saatlarından etibarən yağıntının əksər rayonlarda kəsiləcəyi proqnozlaşdırılır.