CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir hissəsində işıqlar söndü – Metroda da problem yaşandı

© pixabay / SkitterphotoQaranlıqda elektrik dirəkləri, arxiv şəkli
Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metronun 4 stansiyasında texniki problem yaranıb

BAKI, 11 may — Sputnik. Bu gün təxminən saat 15:10-da Bakının bəzi hissələrinə elektrik enerjisinin verilməsində problem yaşanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, texniki problem əsasən Yasamal və Səbayel rayonlarını əhatə edib.

Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah bəzi ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilməsində yaranan problem "Bakı Metropoliteni"nin işinə də təsir edib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metronun 4 stansiyasında texniki problem yaranıb.

Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem olub: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldırılıb və qatarlar normal qrafiklə hərəkət edir".

B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.

Xəbər lenti
0