SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN-dən cavab: Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb

BAKI, 11 may — Sputnik. XİN: Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır

Bakı Olimpiya stadionu dünya səviyyəli matça necə hazırlaşır - Sputnik Azərbaycan
VİDEO
Bakı Olimpiya stadionu dünya səviyyəli matça necə hazırlaşır

"Azərbaycan hər il çoxsaylı beynəlxalq idman yarışlarına ev sahibliyi edir və bu tədbirlər zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir".

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa Liqasının Bakıda keçiriləcək final oyunu öncəsi bəzi xarici mediada təhlükəsizliklə bağlı edilən xəbərdarlıqları şərh edərkən deyib.

"Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu gün ölkəmiz və onun paytaxt Bakı şəhəri dünyanın bəlkə də ən təhlükəsiz yerləri sırasındadır. Təsadüfi deyil ki, ötən il Bakı şəhəri dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində ilk 50 şəhər sırasında yer alıb və hətta bir çox Avropa ölkəsini bu sıralamada qabaqlayıb. Əlbəttə ki, UEFA Avropa Liqasının final oyunu zamanı da bütün müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək", - deyə XİN rəsmisi bildirib.

Xəbər lenti
0