Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 11 may — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçidirblər keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Astara RPŞ əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki idman çantasının içərisində 5 ədəd bükümdə təmiz çəkisi 6 kiloqram 50 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
M.Əliyev ifadəsində narkotik vasitənin İran İslam Respublikası vətəndaşı olan Rəsul adlı şəxs vasitəsilə Azərbaycana keçirildiyini, içərisində narkotik vasitə olan idman çantasını isə Astara şəhəri ərazisindəki kafelərdən birinin arxasındakı manqalın altından götürdüyünü bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılmış, ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.